ADY yeni istiqamət üzrə sürət qatarları işə salacaq
Cəmiyyət
1273
25 Feb 2026 | 20:47

ADY yeni istiqamət üzrə sürət qatarları işə salacaq

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yeni istiqamət üzrə sərnişindaşıma fəaliyyətinə başlayacaq.

Moderator.az "Report"a istinadən xəbər verir ki, sürət qatarları Kürdəmir dəmiryol stansiyasında da dayanacaq.

Hazırda Kürdəmir istiqamətində sərnişindaşımanın təşkili ilə bağlı hazırlıq işləri aparılır. Artıq Kürdəmir dəmiryol stansiyasında təmir işləri həyata keçirilir.

Bu istiqamətdə sərnişindaşımalara yaxın günlərdə başlanılması planlaşdırılır.

Link kopyalandı!
Son xəbərlər