Azərbaycan lideri Yaponiya İmperatorunu təbrik etdi
Siyasət
1328
23 Feb 2026 | 11:26

Azərbaycan lideri Yaponiya İmperatorunu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, məktubda deyilir:
 
"Əlahəzrət,
 
Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
 
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim firavanlıq və rifah diləyirəm".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər