“Rusiya BMT-nin Təhlükəsizlik Şurasından çıxarıla bilər”.
Bunu Moderator.az-a
açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspertin sözlərinə görə, hazırda
proseslər bu məcrada inkişad edir:
“Rusiyanın Təhlükəsizlik
Şurasından çıxarılması ilə bağlı artıq müəyyən təkliflər səsləndirilir. Kreml
öz siyasətində ciddi dəyişikliklər etməzsə, Rusiyanın Təhlükəsizlik Şurasından
çıxarılması reallaşa bilər. Çünki həm Ukrayna böhranı, həm də Rusiyanın
Suriyaya qoşun yeritməsi bu dövlətin beynəlxalq hüquq normalarına ehtiva etmədiyini
göstərir. Məhz bu səbəbdən də Qərb Rusiyanın dünyadan təcrid edilməsi istiqamətində
addımlarını davam etdsirə bilər. Hansı ki, bu istiqamətində müəyyən addımlar
atılıb. Bu siyasətin davamı isə Rusiyanın vəziyyətini qat-qat ağırlaşdıra bilər”.
Seymur Əliyev