Əraqçi Omanın XİN rəhbəri ilə görüşdə İranın mövqeyini açıqlayıb
Dünya
1650
16 Feb 2026 | 23:05

Əraqçi Omanın XİN rəhbəri ilə görüşdə İranın mövqeyini açıqlayıb

nın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə omanlı həmkarı Badr əl-Busaidi ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki hesabında məlumat yayılıb.

Görüş zamanı İranın nüvə məsələləri və sanksiyaların aradan qaldırılması ilə bağlı mövqeyi açıqlanıb. Əraqçi diplomatik prosesin irəliləməsinə kömək etdiyi üçün omanlı həmkarına təşəkkür edib.

Badr əl-Busaidi İranın regional sülh və sabitliyin qorunmasında rolunu qabardıb. O, İranın diplomatik yolda davamlılığını alqışlayıb və danışıqların hazırkı mərhələsinin uğurla başa çatacağına inandığını bildirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər