Tanınmış amerikalı aktyor və rejissor Robert Dyuval vəfat edib
Dünya
1668
16 Feb 2026 | 22:40

Tanınmış amerikalı aktyor və rejissor Robert Dyuval vəfat edib

Tanınmış amerikalı aktyor və rejissor Robert Dyuval 95 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı açıqlama verib.

95 yaşlı aktyor "Xaç atası", "Bülbülü öldürmək", "Apokalipsis indi" və "Uorren bulvarı" filmlərindəki rolları ilə tanınır. Onun 100-dən çox filmdə rol aldığı bildirilir.

Dyuval 1984-cü ildə "Tender Mercies" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında Oskar mükafatı qazanıb. O, həmçinin BAFTA mükafatı və dörd "Qızıl Qlobus" mükafatı alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər