Niderland klubu Rahim Sterlinqi transfer etdiyini açıqlayıb
İdman
1803
12 Feb 2026 | 22:55

Niderland klubu Rahim Sterlinqi transfer etdiyini açıqlayıb

Niderlandın "Feyenoord" komandası İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinqi heyətinə qatıb.

Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Rahim Sterlinq ötən ay "Çelsi" ilə olan müqaviləsinə xitam verib. O, karyerası ərzində ölkəsində "Liverpul", "Mançester Siti" və "Arsenal" kimi klubların şərəfini qoruyub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər