Qırmızı işıqda keçən sürücü qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ
1540
11 Feb 2026 | 11:24

Qırmızı işıqda keçən sürücü qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ

İşıqforun qırmızı işığında keçən sürücü qəzaya səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, işıqforun siqnallarına riayət etmək "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsi ilə məcburidir.

"İşıqforun qırmızı işığında keçirsənsə, qəza baş verəcək. Bunu hər bir sürücü bilməli və qaydalara əməl etməlidir. Ancaq hələ də bu məsələni ciddiyə almayan sürücülər var. Həmin sürücülərə xatırladırıq:

Qırmızı işıq hərəkəti qadağan edir.

İşıqforun qadağanedici işığında keçmək qayda pozuntusu olmaqla yanaşı, nəticəsi xəsarət və ya ölümdür", - deyə müraciətdə bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər