ABŞ və Ermənistan İrəvanda saziş imzalayıb
Dünya
1452
09 Feb 2026 | 19:35

ABŞ və Ermənistan İrəvanda saziş imzalayıb

ABŞ və Ermənistan arasında nüvə enerjisi sahəsində dinc əməkdaşlığa dair memorandum imzalanıb.

Moderator.az xəbər verir ki, sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Cey Di Vens imzalayıb.

Sənəd iki ölkənin nüvə enerjisi sahəsində gələcək strateji qarşılıqlı fəaliyyətinin hüquqi əsasını təşkil edir.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistanda səfərdədir.

Link kopyalandı!
Son xəbərlər