Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı iki medalla başa vurub - FOTO
1421
09 Feb 2026 | 13:55

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı iki medalla başa vurub - FOTO

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə "WTT Youth Star Contender Tunis 2026" yarışında uğurla çıxış edib.
 
Stolüstü Tennis Federasiyasından Moderator.az-a bildirilib ki, U-15 yaş qrupunda mübarizə aparan idmançı fərdi yarışda bütün rəqiblərini üstələyərək finala yüksəlib.
 
Milli üzvü həlledici qarşılaşmada ispaniyalı Ladimir Mayorova uduzaraq gümüş medala sahib çıxıb.
 
Qeyd edək ki, O.Quluzadə daha əvvəl eyni turnirin qoşa yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər