Cüdoçumuz
İdman
1389
08 Feb 2026 | 18:59

Cüdoçumuz "Böyük Dəbilqə"nin finalına yüksəldi

Azərbaycan cüdoçusu Zelim Tçkayev Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.

Moderator.az xəbər verir ki, idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Jubanazarı qızıl xalla məğlub edib.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

"Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər