Pezeşkian: İran-ABŞ danışıqları irəliyə doğru addım idi - FOTO
Dünya
1367
08 Feb 2026 | 11:10

Pezeşkian: İran-ABŞ danışıqları irəliyə doğru addım idi - FOTO

İran-ABŞ danışıqları regionun dost hökumətlərinin dəstəyi ilə keçirilib və irəliyə doğru bir addım olub.

Moderator.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün "X"dəki hesabında yazıb.

"Bizim strategiyamız dialoq və sülh yolu ilə həldir. Nüvə məsələlərində isə bizim məntiqimiz Nüvə Silahlarının Yayılmaması Müqaviləsində təsbit edilmiş hüquqlara əsaslanır" , - Pezeşkian qeyd edib.

Pezeşkian sonda bildirib ki, İran xalqı həmişə hörmətə hörmətlə cavab verib, lakin güc tətbiqinə adekvat cavab verəcək.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər