Hakan Fidan və Əraqçi İran–ABŞ gərginliyinin azaldılmasını müzakirə edib
Dünya
1372
28 Jan 2026 | 17:02

Hakan Fidan və Əraqçi İran–ABŞ gərginliyinin azaldılmasını müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər regional məsələləri müzakirə ediblər.

XİN rəhbərləri İranla ABŞ arasında gərginliyin azaldılması barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Hakan Fidan bundan əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefon danışığı aparıb.

Link kopyalandı!
Son xəbərlər