XİN: Zelenski Putinlə iki əsas məsələnin həlli üçün görüşməyə hazırdır
Dünya
1426
27 Jan 2026 | 20:07

XİN: Zelenski Putinlə iki əsas məsələnin həlli üçün görüşməyə hazırdır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Prezident Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşə hazır olduğunu bildirib.

Moderator.az xəbər verir ki, bu barədə nazir "Avropa həqiqəti"nə müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh danışıqları çərçivəsində ərazilər və Zaporojye Atom Elektrik Stansiyası (AES) məsələlərinin həlli müzakirə oluna bilər.

A.Sibiqa bildirib ki, sülh prosesi çərçivəsində hələ də iki ən həssas məsələ razılaşdırılmayıb: ərazilərə və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət.

"Məhz bu məsələlərin həlli üçün Prezident Putinlə görüşməyə və bunları müzakirə etməyə hazırdır", - nazir deyib.

Bununla yanaşı, o, Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşmək zərurətinin olmadığını əlavə edib.

O, həmçinin qeyd edib ki, danışıq qrupları artıq atəşkəsin parametrləri, monitorinqi və yoxlanılması qaydası ilə bağlı ətraflı söhbətlər aparıblar.

Link kopyalandı!
Son xəbərlər