Onlar da doğma yurduna qovuşdu - FOTOLAR 
1427
26 Jan 2026 | 15:55

Onlar da doğma yurduna qovuşdu - FOTOLAR 

Yanvarın 26-da doğma yurduna yola salınan köç karvanları Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə çatıb.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə Badara kəndinə köçürülən 66 nəfərdən ibarət 15 ailəyə və Seyidbəyli kəndinə köçürülən 34 nəfərdən ibarət 10 ailəyə mənzillərin açarları təqdim edilib.
 
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
 
Link kopyalandı!
Son xəbərlər