“Ayntraxt”ı məğlub edən “Qarabağ” ÇL-də görün nə qədər qazanıb
İdman
1542
22 Jan 2026 | 12:11

“Ayntraxt”ı məğlub edən “Qarabağ” ÇL-də görün nə qədər qazanıb

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın qazancı artmaqda davam edir.
 
Moderator.az-ın Publika.az-a istinadla məlumatına görə, qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 7 turdan sonra 10 xal toplayan Ağdam klubunun ümumilikdə qazancı 7,05 milyon avroya (təqqribən 14 milyon manat) çatıb.
 
UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Heç-heçə isə 750 min avro dəyərindədir.
 
Qeyd edək ki, “Qarabağ” ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə 23,7 milyon avro (47,1 milyon manat) qazanıb. Ümumilikdə isə “Qarabağ”ın cari mövsümdəki gəliri təqribən 30,75 milyon avroya (61,11 milyon manat) çatıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər