5 gün əvvəl 1 yaşı olmuşdu - Şəkidə körpənin faciəvi ÖLÜMÜ
Hadisə
372
11:46, Bu gün

5 gün əvvəl 1 yaşı olmuşdu - Şəkidə körpənin faciəvi ÖLÜMÜ

Şəkinin Biləcik kəndində 1 yaşlı körpə qəfil dünyasını dəyişib.
 
Moderator.az bizim.media-ya istinadən xəbər verir ki, kənd sakini 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayevanın halı evdə qəfil pisləşib.
 
Ailəsi körpəni dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparsa da, o, yolda dünyasını dəyişib.
 
İlkin ehtimala görə, körpənin epilepsiyası tutub və onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Qeyd edək ki, beş gün öncə A. Zəkəriyayevanın 1 yaşı tamam olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər