ABŞ Venesuelada səfirliyini yenidən açmaq istəyir
Dünya
1320
09 Jan 2026 | 20:59

ABŞ Venesuelada səfirliyini yenidən açmaq istəyir

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Karakasdakı ABŞ səfirliyinin yenidən açılması perspektivlərini qiymətləndirmək üçün Venesuelaya gəlib.

Moderator.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Nümayəndə heyətinə amerikalı diplomatlar, eləcə də ABŞ-nin Kolumbiyadakı səfiri vəzifəsini icra edən Con MakNamara daxildir.

Televiziya kanalının məlumatına görə, amerikalı rəsmilər diplomatik missiyaların fəaliyyətinin mərhələli şəkildə bərpasının mümkünlüyünü ilkin qiymətləndirmək üçün Karakasa gəliblər.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin təyyarəsi Venesuelaya eniş edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər