Yəmənin müdafiə naziri vəzifəsindən və hərbi xidmətdən azad edilib
Dünya
1367
08 Jan 2026 | 23:50

Yəmənin müdafiə naziri vəzifəsindən və hərbi xidmətdən azad edilib

Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi ölkənin müdafiə naziri Mühsən Məhəmməd əd-Dairini vəzifəsindən azad edib.

Moderator.az xəbər verir ki, bu barədə Yəmənin "SABA" xəbər agentliyi məlumat yayıb.

Əl-Alimi tərəfindən imzalanan fərmana əsasən, o, Yəmən silahlı qüvvələrinin ali baş komandanı kimi əd-Dairini təkcə müdafiə naziri vəzifəsindən azad etməyib, eyni zamanda onu hərbi xidmətdən də istefaya göndərib.

Qeyd edilir ki, bu qərar respublikada vəziyyətin gərginləşməsi fonunda qəbul olunub.

Link kopyalandı!
Son xəbərlər