Bizi sosial şəbəkələrdən izləyin:
BMT Təhlükəsizlik Şurası Venesueladakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək.
Moderator.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sabiq birinci müavini, hazırda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) Rusiya nümayəndəsi olan Dmitri Polanski öz "Telegram" kanalında yazıb.
O qeyd edib ki, iclas Somalili sədrin təşəbbüsü ilə Nyu-York vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 19:00) baş tutacaq.
İclasın məqsədi Venesueladakı son hadisələri müzakirə etmək və beynəlxalq hüququn qorunmasını təmin etməkdir.