Pentaqon əməliyyatın detallarını AÇIQLADI
Dünya
1488
03 Jan 2026 | 22:10

Pentaqon əməliyyatın detallarını AÇIQLADI

"Nikolas Maduro və həyat yoldaşını ələ keçirmək üçün "Mütləq Qətiyyət" kod adı altında əməliyyat bir neçə ay ərzində planlaşdırılıb".
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn mətbuat konfransında açıqlayıb.
 
Yüksəkrütbəli hərbi komandirin sözlərinə görə, missiya məxfi və dəqiq olub, onun qaranlıqda icrası uzun planlaşdırma prosesinin kulminasiya nöqtəsi idi.
 
Keyn vurğulayıb ki, ABŞ Venesuelaya qarşı əməliyyata 150 təyyarə göndərib. Tramp Venesuelada əməliyyatı 2 yanvar ABŞ-nin şərq vaxtı ilə saat 22:46-da (Bakı vaxtı ilə 3 yanvar saat 07:46-da) təsdiqləyib.
 
ABŞ təyyarələri xüsusi təyinatlı qüvvələrin helikopterlərdə Maduronu ələ keçirə bilməsi üçün Venesuela hava hücumundan müdafiə sistemlərini məhv edib. Əməliyyat zamanı bir ABŞ təyyarəsi vurulub, lakin işlək vəziyyətdə qalıb. Maduronu ələ keçirən ABŞ xüsusi təyinatlı qüvvələri üzən bazalarına doğru geri çəkilərkən yerli qüvvələrlə toqquşublar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər