ABŞ Venesuelada idarəetməni öz üzərinə götürdü
Dünya
1459
03 Jan 2026 | 21:22

ABŞ Venesuelada idarəetməni öz üzərinə götürdü

ABŞ prezidenti Donald Tramp Maduro və həyat yoldaşını ABŞ vətəndaşlarına qarşı "narkoterrorizm"də günahlandırıb.
 
Moderator.az xəbər verir ki, o, bu barədə Floridadakı iqamətgahında mətbuat qarşısında çıxışında danışıb. 
 
Amerika prezidenti bildirib ki, ABŞ-ın Karakasdakı hərbi əməliyyatı II dünya müharibəsindən bəri görünməmiş əməliyyatdır.
 
Onun sözlərinə görə, Maduronu ələ keçirmək üçün əməliyyat zamanı Venesuelanın bütün hərbi imkanları sıradan çıxarılıb.
 
Amerika lideri Karakasdakı əməliyyatı Süleymaniyə endirilən zərbə ilə müqayisə edərək, onu ABŞ tarixindəki ən təsirli əməliyyatlardan biri adlandırıb.
 
Tramp bildirib ki, ABŞ təhlükəsiz, nizamlı və rasional hakimiyyət keçidini həyata keçirənə qədər Venesuelada idarəçiliyi öz üzərinə götürür.
 
O, qeyd edib ki, ABŞ hökumətinin Maduroya qarşı ittihamları onun ailə üzvlərinə və Ədliyyə Nazirliyinin rəhbərinə də şamil olunur.
 
Maduro narkoterrorizm törətməkdə, kokain idxalında, silah və partlayıcı qurğular əldə etməkdə və ABŞ-a qarşı silah və partlayıcı qurğulara sahib olmaqda ittiham olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər