Bizi sosial şəbəkələrdən izləyin:
Çin Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatı və ölkə prezidenti Nikolas Maduronun saxlanılmasını kəskin şəkildə pisləyərək bunu regionun təhlükəsizliyinə təhdid adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir ki, Çin ABŞ-nin suveren dövlətə qarşı açıq şəkildə güc tətbiqindən və onun prezidentinə qarşı atdığı addımlardan dərin sarsıntı keçirib.
“ABŞ-nin bu cür hegemonist hərəkətləri beynəlxalq hüququ və Venesuelanın suverenliyini ciddi şəkildə pozur, Latın Amerikası və Karib hövzəsində sülhə və təhlükəsizliyə təhdid yaradır”, – deyə nazirliyin açıqlamasında vurğulanıb.
Çin tərəfi bütün ölkələri beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə hörmət etməyə çağırıb.