Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə
1607
02 Jan 2026 | 19:50

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb.

Moderator.az-ın məlumatına görə, hadisə Şəki şəhəri ərazisində baş verib.

Hərəkətdə olan “Opel” və “Hunday” markalı minik avtomobillərinin toqquşması zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar “Opel”in sürücü Murad İmaməliyev, onun avtomobilində olan sərnişinlər 37 yaşlı Pərviz Əhmədov və 45 yaşlı Rəşad Məmmədovdur. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər