Bizi sosial şəbəkələrdən izləyin:
İran və Rusiya prezidentləri arasında telefon danışığı olub.
"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, Vladimir Putin və Məsud Pezeşkianın danışığında ikitərəfli əlaqələrin son vəziyyəti və iki ölkə arasında müştərək razılaşmaların icrası prosesini müzakirə edib və fikir mübadiləsi aparıblar.
Tərəflər Tehran-Moskva əlaqələrinin strateji səviyyəsini vurğuladılar və hərtərəfli əlaqələrin inkişafı üçün müntəzəm məsləhətləşmələrin davam etdirilməsi və koordinasiyanın gücləndirilməsinin zəruriliyini qeyd ediblər.