Türkiyə Homsda törədilmiş terror aktını pisləyib
Dünya
1996
26 Dec 2025 | 18:25

Türkiyə Homsda törədilmiş terror aktını pisləyib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Suriyanın Homs vilayətində məsciddə törədilən terror aktını pisləyib.

Moderator.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

"Hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyirik, Suriya hökuməti və xalqına başsağlığı veririk" , - bəyanatda qeyd olunub.

Türkiyənin bütün təxribatlara baxmayaraq, Suriyanın yanında olduğu bəyan edilib.

Qeyd edək ki, Suriyanın mərkəzi hissəsində yerləşən Homs vilayətindəki İmam Əli məscidinə cümə namazı zamanı təşkil edilən silahlı hücum nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər