“Paşinyan II Qaregini parlament seçkilərinədək bitirməyi hədəfləyib və məqsədinə də çox yaxındır...”
Ekskluziv
4936
16:31, Bu gün

“Paşinyan II Qaregini parlament seçkilərinədək bitirməyi hədəfləyib və məqsədinə də çox yaxındır...”

“Dünən Eçmiədzində toqquşmaların baş verməsi ziddiyyətlərin və gərginliyin daha dərinlərə işləməsinin növbəti təzahürüdür...”
 
“Ermənistanda hakimiyyətlə kilsə arasında mübarizə özünün pik həddinə çatıb. Tərəflər gələn il keçiriləcək parlament seçkilərindən münasibətləri tam həll etmək niyyətindədir. Paşinyan anlayır ki, geriyə yol yoxdur, proses onun xeyrinə yekunlaşmasa, onun hakimiyyətdə qalması və höküməti normal idarə etməsi müşkülə çevriləcək. Odur ki, bu mübarizə Ermənistan dövlətçiliyi üçün də əhəmiyyət daşıyır”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov ifadə edib.
 
“Dünən Eçmiədzində toqquşmaların baş verməsi ziddiyyətlərin və gərginliyin daha dərinlərə işləməsinin növbəti təzahürüdür. Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinə Kreml də hazırlaşır.  Baş nazir indiki həssas dönəmdə Moskvaya de-marş etməkdən çəkinir və əksinə, Rusiyanın təsirlərini mümkün qədər neytrallaşdırmağa çalışır.  Ancaq əlində olan təsir vasitələrini də hərəkətsiz buraxmır. Hesab edirəm ki, Paşinyan kilsəyə qarşı artıq üstünlüyü ələ alıb. Katolikos II Qareginin hər keçən gün üçün mövqeyi zəifləyir. Baş nazir isə katolikosu parlament seçkilərinədək bitirməyi hədəfləyib və məqsədinə də çox yaxındır”, - deyə davamında Əli Orucov diqqətə çatdırıb. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər