Noyer 2025-ci ildə
İdman
3379
15 Dec 2025 | 17:57

Noyer 2025-ci ildə "Bavariya"ya kömək edə bilməyəcək

"Bavariya"nın qapıçısı Manuel Noyer zədə səbəbindən bir müddət meydanlardan uzaq qalacaq.

Moderator.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

39 yaşlı qolkiper Almaniya çempionatının XIV turunda, "Maynts 05"lə matçda (2:2) zədələnib. Təcrübəli qolkiper oyundan sonra sağ bud nahiyəsində narahatlıq hiss edib.

Aparılan tibbi müayinələrdən sonra Noyerə əzələ yırtığı diaqnozu qoyulub.

Noyer 2025-ci ilin son günlərində komandasına kömək edə bilməyəcək. Onun Bundesliqanın qış fasiləsindən sonra meydana qayıtmasının gözlənildiyi bildirilir.

Qeyd edək ki, M.Noyer 2011-ci ildən "Bavariya"nın formasını geyinir. O, komandasının heyətində ümumilikdə 581 matç keçirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər