Qazaxıstanda üç nəfər donaraq ölüb
Dünya
3421
15 Dec 2025 | 17:30

Qazaxıstanda üç nəfər donaraq ölüb

Qazaxıstanın qərb bölgəsində kəskin hava şəraitində üç nəfər donaraq ölüb.

Moderator.az xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.

Məlumata görə, pis hava şəraitində itkin düşən üç kişinin cəsədi bu gün tapılıb - onların hamısı hipotermiyadan ölüb.

Akjayiks rayonunun 54 yaşlı sakini isə sağ tapılıb, lakin onun bədənində donvurma əlamətləri var.

Qazaxıstanda Janibek rayonunun 59 yaşlı sakini isə üç gündür itkin düşüb. Hazırda onun axtarışları davam edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər