Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO
Cəmiyyət
4500
14 Dec 2025 | 21:58

Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO

Bakıda keçirilən toy məclisindən sosial şəbəkələrdə maraq doğuran görüntülər yayılıb.

Moderator.az xəbər verir ki, kadrlar qısa zamanda gündəmə çevrilərək minlərlə istifadəçi tərəfindən izlənilib.

Görüntülərdə bəy və gəlinin məclisin düz ortasında boks əlcəklərini taxaraq məşq elementləri yerinə yetirdiyi əks olunur. Cütlüyün bu fərqli çıxışı bir çoxlarının marağına səbəb olub.

İzləyicilər arasında şounu bəyənənlər də, bunu toy məclisinə uyğun hesab etməyib tənqid edənlər də olub. Sosial media istifadəçiləri cütlüyün hər ikisinin idmanla məşğul olması ehtimalını irəli sürüblər.

Qeyri-adi toy performansı hələ də müzakirə mövzusu olaraq qalır.

(Milli.Az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər