İtaliya nəhəngi İkardini transfer etmək istəyir
İdman
1799
12 Dec 2025 | 17:35

İtaliya nəhəngi İkardini transfer etmək istəyir

"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.

Moderator.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mərkəz hücumçusu problemi yaşayan "Milan" klubu qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.

Təcrübəli forvard axtarışında olan "Milan"ın transfer siyahısında Mauro İkardinin də adı var.

Qeyd edək ki, 32 yaşlı təcrübəli hücumçu İtaliyada daha öncə "Sampdoriya" və "İnter"də çıxış edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər