Daimi nümayəndə:
Siyasət
868
10 Dec 2025 | 18:05

Daimi nümayəndə: "Azərbaycan UNESCO ilə azad edilmiş ərazilərdə bərpa işlərinə dair danışıqlar aparır"

"Azərbaycan UNESCO ilə azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı danışıqlar aparır".

Moderator.az xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Bakıda keçirilən "Mədəniyyət və hüquq: Müasir Çağırışlar Forumu" çərçivəsində baş tutan "Mədəniyyət beynəlxalq münasibətlər sistemində" adlı panel müzakirələr zamanı deyib.

O vurğulayıb ki, danışıqlarda bir istiqamət də mina problemi ilə bağlıdır:

"Azərbaycan işğal zamanı Qarabağa missiyanın göndərilməsi ilə bağlı UNESCO-ya sorğu ünvanlamışdı. İstəyirdik ki, onlar dağılmış mədəni irsi öz gözləri ilə görsünlər. Amma onlar gələ bilməyəcəklərini qeyd etmişdilər. Buna səbəb kimi göstərmişdi ki, Ermənistan onlara mane olur".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər