Xəzərdən tanınmış fotoqrafın meyiti tapıldı - FOTO
1621
08 Dec 2025 | 14:24

Xəzərdən tanınmış fotoqrafın meyiti tapıldı - FOTO

Bakıda 39 yaşlı fotoqraf dənizdə boğularaq ölüb.
 
Moderator.az qafqazinfo-ya istinadla xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun meyiti dekabrın 6-da Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.
 
Onun hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.
 
Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.
 
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər