Polşa XİN İlon Maskı
Dünya
2580
07 Dec 2025 | 09:10

Polşa XİN İlon Maskı "Marsa göndərdi"

Polşanın xarici işlər naziri Radoslav Sikorski iş adamı İlon Maskın Avropa Birliyini dağıtmaq çağırışına cavab verib.

Moderator.az xəbər verir ki, mübahisə Maskın "X" səhifəsində yer alıb.

Mask bəyan edib ki, onu 120 milyon avro cərimələyən Avropa İttifaqı ləğv edilməlidir.

Sikorski Maskın sosial mediadakı müvafiq paylaşımına cavab verib.

"Marsa get. Orada nasist salamlaşmalarına senzura yoxdur", - Sikorski yazıb.

XİN rəhbəri Maskın ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindəki jestini xatırladıb. O zaman çoxları bunu nasist salamına bənzədib.

Link kopyalandı!
Son xəbərlər