Azarkeşə tüpürən futbolçu belə cəzalandırıldı
İdman
2677
06 Dec 2025 | 17:22

Azarkeşə tüpürən futbolçu belə cəzalandırıldı

İngiltərənin “Bernli” klubunun yarımmüdafiəçisi Hannibal Mejibri “Lids” azarkeşinə tüpürdüyü üçün 4 oyunluq diskvalifikasiya alıb.

“Bernli” Premyer Liqanın 8-ci turunda öz meydanında “Lids”i 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra qonaq komandanın azarkeşlərindən biri Mejibrinin ona tüpürdüyünü iddia edib.

Mejibrinin hərəkətləri İngiltərə Futbol Assosiasiyası (FA) və Lankaşir polisi tərəfindən araşdırılıb. Nəticədə 22 yaşlı futbolçu günahını etiraf edib, 4 oyunluq cəzaya məruz qalıb və 15 min funt sterlinq məbləğində cərimə olunub.

2025/26 mövsümündə Mejibri bütün turnirlərdə 14 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər