Ukraynada deputatın başçılıq etdiyi cinayətkar dəstə ifşa edilib
Dünya
2089
05 Dec 2025 | 17:47

Ukraynada deputatın başçılıq etdiyi cinayətkar dəstə ifşa edilib

Ukraynanın korrupsiya əleyhinə orqanları Təhlükəsizlik Xidməti ilə birlikdə xalq deputatının rəhbərlik etdiyi cinayətkar dəstəni ifşa edib.

Moderator.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Milli Antikorrupsiya Bürosuna istinadən məlumat yayıb.

"Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Təhlükəsizlik Xidməti ilə birlikdə xalq deputatının rəhbərlik etdiyi cinayətkar dəstəni ifşa edib", - məlumatda deyilir.

Bu arada, mənbələr bildirir ki, söhbət fəaliyyətdə olan deputat Anna Skoroxoddan gedir, O, bir sahibkardan zorla 250 min dollar alıb.

Antikorrupsiya Bürosu dəqiqləşdirib ki, hazırda istintaq hərəkətləri davam edir və təfərrüatlar daha sonra açıqlanacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər