Daşkəsəndə dava: 14 yaşlı oğlan çoxsaylı xəsarətlər aldı
Hadisə
2092
05 Dec 2025 | 17:57

Daşkəsəndə dava: 14 yaşlı oğlan çoxsaylı xəsarətlər aldı

Daşkəsən rayonunda yeniyetmə oğlan dava zamanı xəsarət alıb.

Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Mədənçilər qəsəbəsində baş verib. Qəsəbə sakini, 2011-ci il təvəllüdlü E.Orucovla 2012-ci il təvəllüdlü Y.Tağıyev dava edib. Bu zaman Y.Tağıyev özü ilə gətirdiyi şüşə qabı sındıraraq E.Orucovun qulağına, qollarına və baş nahiyəsinə xəsarətlər yetirib.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 13 yaşlı Y. Tağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər