Ağ Evin Ukrayna siyasəti Qərbi parçalamaqda davam edir...
Ekskluziv
115
17:24, Bu gün

Ağ Evin Ukrayna siyasəti Qərbi parçalamaqda davam edir...

Ağ Evin Ukrayna siyasəti, xüsusilə də, ortaya qoyduğu sülh planı Avropada ABŞ olan münasibətdə ciddi qütbləşmə yaradıb.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Avropanın bir sıra ölkələri ABŞ-ın uzun müddətdir ki, dəstəklədiyi Ukrayna ilə bağlı irəli sürdüyü sülh şərtlərini sadəcə bu ölkənin deyil, bütün Qərbin maraqları baxımından arzuedilməz hesab etməkdədirlər. İlkin sülh planı üzərində ciddi dəyişikliklər edilməsinə baxmayaraq, bəzi Qərb ölkələri artıq ABŞ-a etibar etməyin faciəvi sonluqla nəticələnə biləcəyini iddia edir. Onlar hesab edir ki, Rusiyanın davamlı təhdidləri fonunda Avropa özü-öz təhlükəsizliyi üçün ciddi səylər ortaya qoymalı, heç bir halda ABŞ faktoruna etibar etməməli, ümid bəsləməməlidir.

Avropanın bəz dövlətlərinin isə hələ də ABŞ-la strateji tərəfdaşlıq münasibətlərini qoruyub saxlamağın vacibliyi qənaətindədir. Bu dövlətlər hesab edir ki, bəzi ziddiyyətli nüanslara baxmayaraq, ABŞ-a bundan sonra da etibar etmək mümkündür.

Ekspertlər isə hesab edir ki, Qərbin ABŞ-a münasibətdə iki qütbə parçalanması Avropanın təhlükəsizliyi baxımından yaxşı heç nə vəd etmir. Politoloqlar Rusiyanın təzyiq və təhdidləri fonunda bu qütbləşmənin yaxın gələcəkdə daha da dərinləşməsini tamamilə mümkün hesab edirlər.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər