Dünya
1550
03 Dec 2025 | 16:17

"Beşiktaş"ın əfsanəvi futbolçusu vəfat edib

"Beşiktaş" klubunun əfsanəvi futbolçusu Faruk Karadoğan 77 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

"1965-72 illəri arasında "Beştikaş" formasını geyinən, bu dövrdə qazandığımız iki liqa çempionluğunda əməyi olan əfsanəvi futbolçularımızdan Faruk Karadoğanın vəfat etdiyini böyük bir kədərlə öyrənmiş olduq. Klubumuza xidmətlərini hər zaman hörmətlə xatırlayacağımız Faruk Karadoğana Allahdan rəhmət ailəsinə, yaxınlarına və camiəmizə başsağlığı diləyirik", - deyə klubun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, F.Karadoğan karyerası ərzində "Beşiktaş", "Gənclərbirliyi" və "Adanaspor"da forma geyinib.

Link kopyalandı!
Son xəbərlər