Qazaxıstan millisinə yeni baş məşqçi təyin edildi
İdman
1572
03 Dec 2025 | 14:52

Qazaxıstan millisinə yeni baş məşqçi təyin edildi

Futbol üzrə Qazaxıstan milli komandasının yeni baş məşqçisi bəlli olub.
 
Moderator.az xəbər verir ki, bu vəzifəni Talqat Baysufinov yerinə yetirəcək.
 
Sentyabrda yığmanın müvəqqəti çalışdırıcısı təyin olunan mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Qazaxıstan millisi Talqat Baysufinovun rəhbərliyi altında 4 oyun keçirib. Həmin matçlardan 3-ü DÇ-2026-nın seçmə mərhələsinə təsadüf edib. J qrupunda mübarizə aparan yığma yekunda 4-cü yeri tutaraq dünya çempionatından kənarda qalıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər