Ayxan Hacızadə: “Naxçıvan Muxtar Respublikasında İdarə ləğv edilməyib”
Siyasət
1547
03 Dec 2025 | 11:37

Ayxan Hacızadə: “Naxçıvan Muxtar Respublikasında İdarə ləğv edilməyib”

"XİN-in Naxçıvan Muxtar Respublikasında İdarəsi ləğv edilməyib".
 
Bunu Moderator.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
 
A.Hacızadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2025-ci il tarixli 383 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında yeni Əsasnamə və XİN-in yeni strukturu təsdiq olunub.
 
“Təsdiq edilmiş struktura əsasən, XİN-in Naxçıvan Muxtar Respublikasında idarəsi Nazirliyin Aparatına daxil edilib. Beləliklə, XİN-in Naxçıvan Muxtar Respublikasında İdarəsi ləğv edilməyib, sadəcə digər idarələr kimi Nazirliyin Aparatının struktur bölməsi kimi müəyyən edilib”, - deyə Ayxan Hacızadə bildirib.
 
Qeyd edək ki, bir sıra saytlarda Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.
 
Link kopyalandı!
Son xəbərlər