Bakıda avtobus piyadanı vuraraq öldürdü
Hadisə
1660
02 Dec 2025 | 10:05

Bakıda avtobus piyadanı vuraraq öldürdü

Bakıda avtobus piyadanı vuraraq öldürüb.
 
Moderator.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yaşayış massivində qeydə alınıb.
 
Belə ki, Samir Loğman oğlu Mamedovun idarə etdiyi "Daewoo" markalı avtobusla hərəkətdə olan zaman yolu keçən piyada Vurğun Cəlil oğlu Əliyevi vurub. Nəticədə piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
 
Faktla bağlı cinayət işi başlanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər