Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var
Cəmiyyət
2485
30 Nov 2025 | 16:47

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

Azad olunan torpaqlarda həyata keçirilən böyük qayıdışın bir hissəsi olan yolların bərpasını qürurla izləyirik.

Lakin nə qədər yeni yollar salınsa da, keçmişin izlərini saxlayan tarixi küçələr bu gün də qorunur.

Soyuq Bulaq yoluna gedən ərazidə yerləşən Hacı Əhməd körpüsünü bəzən də elə yolun adı ilə adlandırırlar.

Tərtər çayı üzərində yerləşən bu körpü çay daşlarından tikilib.

1870-ci ildə tikilən körpü saysız-hesabsız sel və daşqınlara tab gətirib.

Lakin hazırda o dağılmaq üzrədir və restavrasiyaya ehtiyacı var.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər