ABŞ Yəməndə “Əl-Qaidə” komandirini məhv etdi
Dünya
2572
30 Nov 2025 | 11:54

ABŞ Yəməndə “Əl-Qaidə” komandirini məhv etdi

ABŞ Silahlı Qüvvələri Yəmənin Marib vilayətində pilotsuz uçuş aparatı vasitəsilə "Əl-Qaidə" terror təşkilatının yerli komandirini zərərsizləşdirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalı məlumat yayıb.
 
Bildirilib ki, Marib vilayətinin Əl-Vadi dairəsində iki nəfərin olduğu motosikletə hava zərbəsi endirilib. Nəticədə təşkilatın sahə komandirlərindən biri — Münir Bacli Əl-Əhdəl (Abo əl-Hayca əl-Hədidi adı ilə də tanınır) və onu müşayiət edən daha bir şəxs məhv edilib.
 
Yəmənli jurnalist Məhəmməd bin Feysəl bildirib ki, Əl-Əhdəl ölkədə "Əl-Qaidə"nin əsas rəhbərlərindən biri sayılır.
 
Qeyd olunur ki, ABŞ tərəfindən uzun müddət ən təhlükəli terrorçu qruplaşma kimi qiymətləndirilən “Əl-Qaidə Ərəbistan Yarımadasında” təşkilatı Yəməndə artıq 10 ildən çoxdur davam edən hökumət qüvvələri ilə “Ənsarullah” hərəkatı (husilər) arasındakı münaqişədən istifadə edərək mövqelərini gücləndirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər