Bakıda çoxmərtəbəli binada yanğın söndürüldü - YENİLƏNİB
Hadisə
185
19:26, Bu gün

Bakıda çoxmərtəbəli binada yanğın söndürüldü - YENİLƏNİB

Bakının Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb.

Moderator.az-a FHN-dən bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

19:12

Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Bu barədə Moderator.az-a DİN-in Mətbuat Xidmətindəm məlumat verilib.

Qeyd olunub ki, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

19:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər