Fabrikdə iki işçi dəmir təbəqənin altında qalaraq ölüb
Dünya
1410
28 Nov 2025 | 16:55

Fabrikdə iki işçi dəmir təbəqənin altında qalaraq ölüb

Türkiyənin Kırıkkale əyalətinin Yahşıhan rayonundakı sənaye bölgəsində fəaliyyət göstərən fabrikdə kompressorda qaynaq zamanı iki işçi dəmir təbəqənin altında qalaraq ölüb.

Moderator.az xəbər verir ki, məlumatı "Haber Global" yayıb.

Məlumata görə, onlar 56 yaşlı Mutlu Atay, 58 yaşlı Tekin Omaydır. Həlak olanlar qaynaq aparmaq üçün kompressor qazanının içərisinə giribmişlər.

Hadisənin səbəbi və şəraitlə bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər