Ermənistan genişmiqyaslı yanğınlarla bağlı başqa ölkələrdən kömək məsələsini müzakirə etmir
Dünya
1355
26 Nov 2025 | 17:36

Ermənistan genişmiqyaslı yanğınlarla bağlı başqa ölkələrdən kömək məsələsini müzakirə etmir

Ermənistanda yanğınlarla bağlı vəziyyəti nəzarət altındadır və digər ölkələrdən kömək istəmək məsələsi müzakirə olunmur.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.

Hazırda təxminən 700 mütəxəssis, polis əməkdaşı, yerli sakin və digər vətəndaşlar Tavuş bölgəsində 4 yanğın ocağında yanğınsöndürmə işləri ilə məşğuldur.

Bundan əlavə, Müdafiə Nazirliyinin helikopteri də yanğınların söndürülməsi işlərinə cəlb olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər