Yusif Pezeşkian:
1372
26 Nov 2025 | 14:14

Yusif Pezeşkian: "Xalqa etimad etməyən hakimiyyət ondan etibar gözləyə bilməz"

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkədə internetə qoyulan məhdudiyyətləri tənqid edərək bunu hakimiyyətin xalqa inamsızlığının əlaməti adlandırıb.
 
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, o bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
 
"Güvən ikitərəfli olmalıdır. Xalqa etimad etməyən hakimiyyət ondan etibar gözləyə bilməz. Sosial şəbəkələrə məhdudiyyətlər qoyulması hakimiyyətin xalqa inamsızlığının göstəricisidir", - deyə paylaşımda bildirilir.

 

Link kopyalandı!
Son xəbərlər