Biləsuvarın 2 yaşayış məntəqəsində işıq olmayacaq
Cəmiyyət
1397
24 Nov 2025 | 08:50

Biləsuvarın 2 yaşayış məntəqəsində işıq olmayacaq

Bu gün Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 3.2 mVA gücündə transformatorda təmir işləri aparılacaq.
 
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Nərimankənd qəsəbəsi və Səmədabad kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər