Mingəçevirdə öldürülən şagirdlə bağlı yeni məlumat
Hadisə
1596
23 Nov 2025 | 11:30

Mingəçevirdə öldürülən şagirdlə bağlı yeni məlumat

Dünən Mingəçevirdə iki şagird arasında baş verən və ölümlə nəticələnən hadisə ilə bağlı yeni təfərrüat məlum olub.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, bıçaqlanaraq qətlə yetirilən 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev əvvəllər şəhərin 1 saylı orta məktəbində təhsil alıb.

O, yalnız 10-cu sinifdən etibarən 17 saylı orta məktəbə köçürülərək təhsilini həmin məktəbdə davam etdirib. Elman ailədə iki qardaşdan biri olub.

Hadisəni törətməkdə şübhəli bilinən C.Ə. isə 6 saylı orta məktəbin 9-cu sinif şagirdidir.

Hadisənin başvermə səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İlkin məlumatlara görə, hadisədən bir qədər əvvəl tərəflərin çayxanada bir yerdə olduqları deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər