Türkiyədə hakimlərin mərc oyunlarına milyonlarla pul yatırdıqları təsdiqlənib
İdman
1512
21 Nov 2025 | 17:30

Türkiyədə hakimlərin mərc oyunlarına milyonlarla pul yatırdıqları təsdiqlənib

Türkiyə futbolunda mərc oyunlarına pul qoyuluşu ilə bağlı yaranan böyük qalmaqalda yeni məqamlar üzə çıxıb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, İqtisadi Cinayətləri Araşdırma Komissiyası (MASAK) 17-sindən səkkizi şübhəli şəxs qismində saxlanılmış futbol hakimlərinin bukmeyker kontorlarına 915 milyon lirə (təxminən 36.7 milyon manat) məbləğində pul qoyduqlarını açıqlayıb.

Xəbərdə bildirilir ki, qanunsuz olaraq mərc oyunlarında iştirak edən bütün referilərlə bağlı ayrı-ayrılıqda araşdırmalar aparılır.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi mərc oyunlarında iştirak edən 100-dən çox hakimi 8-12 ay müddətinə futboldan kənarlaşdırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər